CƏMİYYƏT


Parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasının ilk iclası keçirilib

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasının ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, komitənin sədri Valeh Ələsgərov əvvəlcə parlamentin 2016-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən təşkilati işlər barədə danışıb.

Bildirilib ki, hesabat dövründə 2 iclas keçirilib, 5 məsələ müzakirə edilib. Hesabat dövründə komitənin ünvanına daxil olan 36 ərizə, müraciət və sənəd baxılıb və araşdırılması üçün aidiyyəti təşkilatlara göndərilib.

Komitənin 2016-cı il yaz sessiyası dövründə fəaliyyəti qənaətbəxş hesab edilib.

Sonra iclasda “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsinə baxılıb.

Valeh Ələsgərov 2014-cü il mayın 26-da Ankara şəhərində imzalanmış sənədin əhəmiyyəti barədə məlumat verib. Qeyd olunub ki, qanun layihəsi iki qardaş ölkə arasında təbii qazın istismarı sahəsində əməkdaşlıq üçün olduqca zəruridir.

Deputatlar yekdilliklə sənədin Milli Məclisin plenar sessiyasının müzakirəsinə çıxarılmasını dəstəkləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.