SİYASƏT


Parlamentlərarası dostluq qrupları Azərbaycan-İsveçrə münasibətlərinin inkişafına mühüm töhfə verir

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrəyə rəsmi səfəri çərçivəsində bu ölkənin parlamentində Azərbaycan üzrə dostluq qrupunun rəhbəri Filippo Lombardi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Elmar Məmmədyarov Azərbaycan və İsveçrə arasında əməkdaşlığın inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətinin mühüm rola malik olduğunu bildirib.

2013-cü ildə Azərbaycana səfərini, Bakıda keçirilmiş birinci Avropa Oyunlarının açılış mərasimində iştirakını və Milli Məclisin bu ilin martında İsveçrəyə səfər edən nümayəndə heyəti ilə görüşünü xatırladan Filippo Lombardi parlamentlərarası dostluq qruplarının ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verdiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud vəziyyəti, habelə danışıqlar prosesi barədə məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.