İDMAN
Parmada qadın voleybolçular arasında dünya çempionatının püşkatma mərasimi keçirilmişdir VİDEO
Parma, 11 mart (AZƏRTAC). İtaliyanın Parma şəhərində qadın voleybolçular arasında dünya çempionatının püşkatma mərasimi keçirilmişdir. Yığmamız püşkatmanın nəticələrinə uyğun olaraq “D” qrupunda yer almışdır.
Püşkatma mərasimində Beynəlxalq Voleybol Federasiyasının prezidenti Ari Qras, İtaliya Voleybol Federasiyasının prezidenti Karlo Maqri, Təşkilat Komitəsinin prezidenti Karlo Salvatori və İtaliya Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo və başqaları iştirak etmişlər.
Millimiz “D” qrupunda Yaponiya, Çin, Belçika və Şimali Amerikanın 2 komandası ilə üz-üzə gələcəkdir. Hər qrupda ilk dörd komanda növbəti qrup mərhələsinə vəsiqə qazanacaqdır.
Qadın voleybolçular arasında dünya çempionatının oyunları cari il sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyanın Roma, Trieste, Verona, Bari, Modena və Milan şəhərlərində keçiriləcəkdir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma