DÜNYA


Parolları əvəz edəcək avtorizasiya sistemi yaradılıb

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

ABŞ-ın “UnifyID” startapı yeni məhsul təqdim edib. Söhbət parolsuz avtorizasiya sistemindən gedir.

AZƏRTAC “infox.ru” saytına istinadən xəbər verir ki, avtorizasiya üsullarından biri kimi parol çoxdan istifadəçini müdaxilədən qorumaq gücünə malik deyil, ona görə yeni sistem istifadəçinin istifadə etdiyi qurğular, olduğu yerlər və biometrik parametrlər haqda məlumatları təhlil edir. Bu üsulla kənar qurğudan və ya qeyri-tipik yerdən sistemə girişi aradan qaldırmaq olar.

Platforma biometrik parametrlərin köməyi ilə sistemə daxil olmağa imkan verir. Söhbət barmaq izi və gözün qüzehi qişasının skan edilməsindən getmir. Sistem istifadəçini onun yerişi, ürək ritmi, klaviaturada düymələrə sıxma sürəti və tərzindən tanıyır.

“UnifyID” şirkətinin direktoru Con Ueyli barmaq izinin köməyi ilə eyniləşdirmə üsulunu "qıcıqlandırıcı" və hakerlər üçün sadə maneə hesab edir. Parollara müdaxilə, həmçinin asandır. Müasir eyniləşdirmə sistemi məxfi informasiyaya əsaslanır və istifadəçi sistemə daxil olduqda hər dəfə onu paylaşır, halbuki “UnifyID” avtorizasiya üsulu bu anı tamamilə istisna edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.