İQTİSADİYYAT


Patent müvəkkillərinin attestasiyası keçiriləcək

Bakı, 23 iyun, AZƏRTAC

Patent müvəkkillərinin attestasiyası keçiriləcək.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, attestasiya Patent və Əmtəə Nişanları Mərkəzi tərəfindən sentyabrın 15-də saat 11:00-da mərkəzin ofisində (Bakı şəhəri, M.İbrahimov küçəsi 53.) həyata keçiriləcək.

Patent müvəkkili statusu almaq istəyən şəxslər attestasiyadan keçmək üçün Patent və Əmtəə Nişanları Mərkəzinin Bakı şəhəri, Mərdanov qardaşları 124 küçəsi hüquqi ünvanına ərizə ilə müraciət etməlidir. Ərizəyə ali təhsil haqqında diplomun surəti, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri haqqında arayış, sənaye mülkiyyətinin mühafizəsi sahəsində xüsusi kurs bitirməyə dair sənəd və ya həmin sahədə ən azı iki il stajı barədə müvafiq arayış, şəxsiyyət vəsiqəsinin surəti və patent müvəkkilliyinə namizədin patent müvəkkili kimi attestasiya olunması üçün müəyyən edilən dövlət rüsumunun ödənilməsini təsdiqləyən sənəd əlavə olunmalıdır.

Patent müvəkkili statusu almaq istəyən şəxslər ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricinin hər hansı biri və ya bir neçəsi sahəsində məhdud fəaliyyət göstərmək niyyətində olduqda onu ərizədə qeyd etməlidir.

Ətraflı məlumatı (+994) 12 534 30 70/71 (daxili 109) nömrəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.