CƏMİYYƏT


Patriarx Kirillin 70 illik yubileyi münasibətilə təntənəli tədbirlər davam edir

A+ A

Moskva, 21 noyabr, AZƏRTAC

Moskva və bütün Rusiya Patriarxı Kirillin 70 illik yubileyi münasibətilə Moskvada təntənəli tədbirlər davam edir.

Rus Pravoslav Kilsəsinin rəhbəri noyabrın 22-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ilə görüşəcək.

Günün ikinci yarısında isə Moskvadakı Xilaskar Məsih məbədində bayram konserti təşkil olunacaq.

Konsertdə Şeyxülislam Allahşükür Paşazadənin də iştirakı gözlənilir.

Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin 70 illik yubileyi ilə bağlı tədbirlər noyabrın 18-dən 22-dək davam edəcək. Bu günlər ərzində Rusiya paytaxtında Patriarx Kirillə həsr olunmuş “Kilsə oğlu” sərgisi açılıb. Habelə Rus Pravoslav Kilsəsinin rəhbəri digər xristian kilsələrinin başçıları ilə görüşlər keçirib.

Patriarx Kirill 1946-cı ildə Sankt-Peterburqda anadan olub, 2009-cu ildə Moskvanın və bütün Rusiyanın Patriarxı seçilib. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə “Şərəf” ordeninə layiq görülüb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.