İDMAN


Patrisiya Qonzales qarşılıqlı razılıq əsasında millimizi tərk edib

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

İspaniyalı mütəxəssis Patrisiya Qonzales Azərbaycan millisindən ayrılıb.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, futbol üzrə 21 və 19 yaşadək qızlardan ibarət yığmaların baş məşqçisi komandadan ayrılıb.

Qonzales öz istəyinə uyğun olaraq, AFFA ilə qarşılıqlı razılıq əsasında tutduğu vəzifəni tərk edib. Öz növbəsində AFFA Patrisiya Qonzalesə gələcək fəaliyyətində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.