İDMAN


Paul Qutyar Bakıda stüardların fəaliyyətinin məntiqini açıqlayıb

Bakı, 1 iyul, AZƏRTAC

Keçmiş pilot, hazırda İsveçrə Avtomobil İdmanı Federasiyasının prezidenti və FIA-nın Təpəyə Sürətlə Qalxma üzrə Komissiyasının sədri Paul Qutyar Formula-1 Azərbaycan Qran-Prisində Beynəlxalq Avtomobil Federasiyasının (FIA) stüardlarından biri olub.

AZƏRTAC xəbər verir ki, Lyuis Hemiltonun maşını ilə bilərəkdən toqquşduğuna görə Sebastyan Fettelin cərimələnməsi barədə fikirlər haçalananda P.Qutyar Azərbaycan Qran-Prisi stüardlarının qərarının məntiqini şərh edib.

İsveçrənin “Blick” nəşri P.Qutyarın bu sözlərini sitat gətirib: “Əlbəttə, biz ona daha sərt cəza verə bilərdik: qara bayraq göstərər və ya bir yürüşdən kənarlaşdırardıq. Amma L.Hemiltonun maşını zədələnmədi. Buna görə də qərarımızın dünya çempionatında mübarizənin gedişinə güclü təsir göstərməsini istəmədik”.

Belə yanaşma ilə çoxları razılaşmağa hazırdır, hərçənd Sebastyan Fettelin tutduğu mövqeyi çətin ki, kimsə dəstəkləyir. O, öz təqsirini inkar etməyə nəinki davam edir, hətta yürüşün finişindən sonra Hemiltondan heç üzr də istəməyib.

Nəticədə FIA hadisənin araşdırılmasının iyulun 3-də davam etdirilməsi barədə qərar qəbul edib. İş elə gətirib ki, həmin gün S.Fettelin otuz yaşı tamam olur. Belə görünür ki, yubileyində onu “maraqlı” hədiyyə gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.