REGİONLAR


Payız mövsümündə Balakən rayonunda 90 min ədəd tut tingi əkilib

A+ A

Balakən, 9 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunda baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. İntensiv tipli yeni tut bağlarının salınması məqsədi ilə Çin Xalq Respublikasından ölkəmizə gətirilən tut tinglərinin 76 min ədədi bölgü əsasında Balakən rayonuna göndərilib. Artıq tinglərin əkini tam təmin olunub.

Bu barədə AZƏRTAC-a rayon kənd təsərrüfatı idarəsinin rəisi Məmməd Şərifov məlumat verib.

Qurumun rəsmisinin bildirdiyinə görə, Çindən gətirilən tut tingləri əsasən bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində əkilib və rayonun bütün yaşayış məntəqələrini əhatə edir. Bundan əlavə, cari ilin payız aylarında rayon ərazisində daxili imkanlar hesabına əldə olunan daha 14 min ədəd tut tingi də əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.