REGİONLAR


Payız mövsümündə muxtar respublikada 270 hektardan çox sahə yaşıllaşdırılıb

A+ A

Naxçıvan, 30 noyabr, AZƏRTAC

Cari ilin payız mövsümündən bu günədək muxtar respublikada 274,7 hektar sahədə yaşıllaşdırma tədbirləri aparılıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində 97 min 308 ədəd meyvə, 64 min 800 ədəd meşə ağacı, 3 min 100 ədəd həmişəyaşıl ting, 17 min 200 üzüm kolu, 37 min 542 ədəd gül və bəzək kolları əkilib. Ümumilikdə, 90,4 hektar sahədə yeni meyvə bağları salınıb, 184,3 hektar sahədə isə əkin-bərpa işləri aparılıb. Yaşıllaşdırma işləri hava şəraitinə uyğun olaraq davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.