İQTİSADİYYAT


Payız-qış mövsümü ilə bağlı kifayət qədər duz və qum ehtiyatı toplanıb, maşın-mexanizmlər saz vəziyyətə gətirilib VİDEO

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

2016-2017-ci illər payız-qış mövsümünə hazırlıq, yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə “Azəravtoyol” ASC tərəfindən hazırlanan tədbirlər planına uyğun olaraq işlər davam etdirilir.

“Azəravtoyol”un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən işlər çərçivəsində qış mövsümündə avtomobil yollarına, prospekt və küçələrinə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün kifayət qədər yol texnikası, maşın və mexanizm hazır vəziyyətə gətirilib.

Ümumilikdə Bakı şəhərinin qış mövsümündə küçə və prospektlərinə xidmət məqsədilə 357 ədəd, respublikanın avtomobil yollarına isə 669 ədəd yol texnikası, maşın və mexanizm saz vəziyyətə gətirilib. Yol texnikası, maşın və mexanizmlərin yanacaqla təmin edilməsi üçün lazımi miqdarda yanacaq-sürtkü materialları ehtiyatı toplanıb.

Bundan başqa, mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyatı toplanır. Bunun üçün 2 min ton texniki duz alınıb, yaxın günlərdə isə daha 2 min ton duzun alınması nəzərdə tutulub.

Cəmiyyətin tabeliyində olan MMC-lər tərəfindən də tələb olunan miqdarda qum, texniki duz və yanacaq-sürtkü materialları ehtiyatı yığılıb. Mailliyi böyük olan sahələrə və sərt döngələrə səpilməsi üçün nəzərdə tutulmuş qum və duz qarışığından ibarət ehtiyatlar yığılıb.

Nəzərə çatdırılıb ki, “Azəravtoyol” ASC tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi və mövcud nöqsanların aradan qaldırılması, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.