REGİONLAR


Payızda Balakəndə 50 min ədəd tut tingi əkiləcək

A+ A

Balakən, 23 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Baramaçılığın yem bazasının möhkəmləndirilməsi üçün cari ilin payız mövsümündə Balakən rayonunun ərazisində 50 min ədəd tut tinginin əkilməsi nəzərdə tutulub.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətinin rəsmisi Məmməd Şərifov məlumat verib.

Xatırladaq ki, bu il balakənli kümdarlar 3243 kiloqram yaş barama istehsal edərək “Şəki-İpək” ASC-yə təhvil veriblər. Eyni zamanda, yaz mövsümündə istehsalçılar tərəfindən rayon ərazisində 10 min ədəd tut tinginin əkilməsi təmin olunub. Növbəti illərdə Balakəndə barama istehsalının 15 tona çatdırılması hədəf kimi müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.