İQTİSADİYYAT


Payızda II Bankçılıq Forumu keçiriləcək

Bakı, 20 iyun, AZƏRTAC

Oktyabr-noyabr aylarında Bakıda II Bankçılıq Forumu keçiriləcək.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, ABA-nın iyunun 20-də keçirilən Rəyasət Heyətinin iclasında II Bankçılıq Forumunun keçirilməsinə dair fikir mübadiləsi aparılıb, forumun gündəliyi ilə bağlı təkliflər və digər məsələlər müzakirə edilib.

ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olmuşdur. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.