İQTİSADİYYAT


Payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 2,7 faiz artıb

A+ A

Bakı, 19 avqust, AZƏRTAC 

Cari il iyulun 1-i vəziyyətinə əkin sahələrinin uçotu aparılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 1 milyon 628,9 min hektar olmaqla, keçən illə müqayisədə 43,5 min hektar və yaxud 2,7 faiz artıb (əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə). Bu artım kənd təsərrüfatı müəssisələri üzrə 9,2 faiz, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə 2,3 faiz olub.

Ölkə üzrə əkin sahəsinin 997,5 min hektarını və yaxud 61,2 faizini dənli və dənli paxlalı bitkilərin, 73,4 min hektarını (4,5 faiz) texniki bitkilərin, 163 min hektarını (10,0 faiz) kartof, tərəvəz və bostan bitkilərinin, 395 min hektarını (24,3 faiz) yemlik bitkilərin əkin sahələri təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.