REGİONLAR
Payızlıq və yazlıq dənli bitkilərin əkin sahəsindən 3 milyon tondan çox məhsul götürülüb
Bakı, 24 yanvar, AZƏRTAC
2016-cı ildə payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilərin 997,5 min hektar əkin sahəsindən 3 milyon 65,1 min ton və ya 2015-ci illə müqayisədə 2,2 faiz (65,7 min ton) çox məhsul götürülüb.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata əsasən, orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,7 sentner təşkil edib.
Ötən il ərzində, həmçinin 902,4 min ton və ya əvvəlki ilə nisbətən 7,5 faiz çox kartof, 1 milyon 269,3 min ton (0,5 faiz az) tərəvəz, 464,6 min ton (4,1 faiz az) bostan məhsulları, 883,7 min ton (0,5 faiz az) meyvə və giləmeyvə, 134,5 min ton (14,4 faiz az) üzüm, 1 milyon 15,7 ton (75,4 faiz çox) yaşıl çay yarpağı, 321,3 min ton (72,7 faiz çox) şəkər çuğunduru, 17,1 min ton (9,3 faiz az) dən üçün günəbaxan, 3 milyon 598,2 ton (3,8 faiz çox) tütün yarpağı yığılıb.