CƏMİYYƏT


Paytaxt ərazisində 490 yol-nəqliyyat hadisəsi baş verib

A+ A

Bakı, 16 oktyabr, AZƏRTAC

Bu ilin doqquz ayı ərzində paytaxt ərazisində 490 yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 15-də Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində məlumat verilib.

Bildirilib ki, qəzalar nəticəsində 138 nəfər həlak olub, 515 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 18,3 faiz, həlak olanların sayı 21,1 faiz, xəsarət alanların sayı 20,2 faiz azalıb. Eyni zamanda, həm ümumi qayda pozuntularının (1,2), həm də kobud qayda pozuntularının aşkarlanması (0,1) azalıb, habelə 49 avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.