ELM VƏ TƏHSİL


Paytaxt məktəblərində Respublika Günü silsilə tədbirlərlə qeyd olunub

Bakı, 27 may, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 99 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, təhsil müəssisələrində əlamətdar bayram münasibətilə konfranslar, mühazirə və “dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri, fləşmoblar təşkil edilib.

Tədbirlərdə şərqdə ilk demokratik respublika olan AXC-nin yaranma tarixi, mövcud olduğu qısa müddətdə fəaliyyəti barədə şagirdlərə ətraflı məlumat verilib. Ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılan uğurlardan, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edilib.

AXC dövrünün tariximizin ən şərəfli səhifələrindən olduğu bildirilib, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bu gün inamla irəlilədiyi, regionda və dünyada lider dövlətə çevrildiyi nəzərə çatdırılıb.

Şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr edilən şeirlər, mahnılar söyləyib, tarix üzrə biliklərini nümayiş etdirən intellektual viktorinalarda iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.