ELM VƏ TƏHSİL


Paytaxt məktəbliləri Cocuq Mərcanlıda

Bakı, 26 may, AZƏRTAC 

Bakı məktəbliləri Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi çərçivəsində Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, səfər zamanı məktəblilər Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə tanış olublar.

Səfər çərçivəsində 28 May - Respublika Günü münasibətilə Füzuli rayonunun Horadiz şəhərində “Yaşa Azərbaycan!” adlı festival keçirilib. Festival “ASAN Könüllüləri” təşkilatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Füzuli və Cəbrayıl Rayon İcra hakimiyyətləri, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, “Eko Park” Ekoloji Tədqiqatlar Mərkəzi və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə reallaşıb.

Festival zamanı paytaxt məktəbliləri düşmənlə üz-üzə vətənin keşiyində dayanan əsgərlərlə görüşüblər. “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi 30 ümumi təhsil məktəbinin şagirdləri tərəfindən yazılmış məktublar əsgərlərə təqdim olunub.

Sonra Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsi əsasında şagirdlərin səhnələşdirdiyi tamaşa, həmçinin ASAN könüllülərinin ifasında rejissor Anar Sadıqovun “Vətən daşları” tamaşası nümayiş etdirilib. Məktəblilər “Bayraq yürüşü”ndə də iştirak ediblər.

Festival rəngarəng konsert proqramı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.