İDMAN


Paytaxt məktəbliləri arasında badminton turnirinə yekun vurulub

Bakı, 5 iyun, AZƏRTAC

Nizami rayonunda yerləşən 12 nömrəli tam orta məktəbin idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında badminton turniri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Olimpiya sistemi üzrə keçirilən yarışlar həm komanda, həm də şəxsi xarakter daşıyıb.

Komanda hesabında Xətai rayonu 260 nömrəli tam orta məktəbin komandası birinci olub. Suraxanı rayonu 104 nömrəli tam orta məktəb ikinci, Nizami rayonu 251 nömrəli tam orta məktəbin komandası isə üçüncü pillədə yer alıblar.

Şəxsi hesabda oğlanlar arasında Səbuhi Hüseynov (Xətai rayonu) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Vaqif İsmayılov (Xətai rayonu) gümüş, Zaur İsazadə (Suraxanı rayonu) isə bürünc medal qazanıblar. Qızların mübarizəsində Elnurə Cəfərova (Suraxanı rayonu), Sevil Salamova (Xətai rayonu) və Təzəgül Əhmədli (Sabunçu rayonu) mükafatçılar sırasında yer alıblar.

Yarışda ilk üç yeri tutmuş komandaların üzvləri və şəxsi hesabda fərqlənmiş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.