ELM VƏ TƏHSİL


Paytaxt məktəbliləri yay istirahət düşərgələrinə yola salınıb

Bakı, 19 iyul, AZƏRTAC 

Bakı məktəbliləri üçün Qusar və Quba rayonları ərazisində yay düşərgələri təşkil edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, paytaxtın Səbail rayonundakı ümumtəhsil müəssisələrinin 150-dən çox şagirdi Qusarda, Nəsimi rayonu məktəblərində təhsil alan 200 şagird isə Qubada təşkil olunan yay istirahət düşərgələrinə yola salınıb.

Məktəblilər düşərgələrdə dincəlməklə yanaşı, Qusar və Quba rayonlarının ərazisindəki səfalı və tarixi yerləri gəzir, idman yarışlarında, intellektual oyunlarda iştirak edirlər. Həmçinin şagirdlər hərbi hissələrdə əsgərlərin gündəlik həyatı və yaradılan şəraitlə tanış olurlar.

Düşərgələrin təşkil edilməsində əsas məqsəd məktəblilərin yay istirahətinin səmərəli keçməsini, onların sağlam böyüməsini, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasını təmin etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.