ELM VƏ TƏHSİL


Paytaxt məktəblilərinin yay tətili günləri maraqlı və yaddaqalan keçir

Bakı, 7 iyul, AZƏRTAC

Nəsimi Rayon İcra Hakimiyyəti məktəblilərin yay tətili günlərinin mənalı, maraqlı və yaddaqalan olması üçün silsilə tədbirlər keçirir.

İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, uşaqlar üçün növbəti tədbir Novxanı “Aqua-Park” çimərliyində təşkil olunub. Tədbirdə rayonun orta ümumtəhsil ocaqlarında təhsil alan aztəminatlı ailələrdən təhsildə və idmanda fərqlənən 150-dək məktəbli iştirak edib.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva vurğulayıb ki, bu gün dövlətimiz hər bir azərbaycanlı uşağının yüksək sosial-mədəni mühitdə böyüməsinə çalışır. Ölkəmizdə dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. Məqsəd uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.

G.Verdiyeva diqqətə çatdırıb ki, uşaqların istirahətini və sosial qayğılarını təmin etmək məqsədilə Heydər Əliyev Fondu davamlı olaraq layihələr həyata keçirir. Fondun bu istiqamətdə dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah işləri nümunəvidir. Bu xeyriyyəçilik fəaliyyətinin əsas motivini insanlara sevgi və təmənnasız xeyirxah əməllər təşkil edir.

Tədbir çərçivəsində uşaqlar müxtəlif maraqlı su attraksionlarında əylənib, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət aparıblar.

Novxanıdakı “Flora Klub”da gəzən məktəblilər bağda yetişdirilən çoxsaylı bitki və güllərlə tanış olublar. Həmçinin uşaqlar arasında şahmat və dama yarışları keçirilib, qaliblər mükafatlandırılıb.

Məktəblilərin valideynləri uşaqlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.