ELM VƏ TƏHSİL


Paytaxt məktəblisi beynəlxalq şahmat turnirinin qalibi olub

Bakı, 4 avqust, AZƏRTAC 

Paytaxt məktəblisi Bakıda keçirilən beynəlxalq şahmat turnirinin qalibi olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki 269 nömrəli tam orta məktəbin VI sinif şagirdi Xəzər Babazadə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan yarışda birinci yerə layiq görülüb.

Xəzər Babazadə İsveçrə sistemi üzrə doqquz turdan ibarət yarışda 8,5 xal toplayıb.

Turnirdə Bakıdakı 6 nömrəli məktəb-liseyin VII sinif şagirdi Toğrul Əliyev 7,5 xalla ikinci, Naxçıvan məktəblisi Seyid Hüseyn isə yeddi xalla üçüncü yeri tutub.

Yarışın sonunda Xəzər Babazadəyə kubok və medal, digər iki şahmatçıya medal təqdim olunub.

Turnirdə Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən üç qrup üzrə 8-12 yaş arasında 74 şahmatçı iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.