CƏMİYYƏT


Paytaxt sakinindən bir kiloqramdan çox heroin götürülüb

Bakı, 7 iyul, AZƏRTAC

Narkotik vasitələrin alqı-satqısı və dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı daxili işlər orqanlarının əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri uğurla davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Füzuli Hüseynovda narkotik vasitə olduğu barədə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Lökbatan qəsəbəsi ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı 52,065 qram heroin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq, bölmə əməkdaşları tərəfindən F.Hüseynovun yaşadığı evə baxış keçirilib və oradan əlavə olaraq 1 kiloqram 165 qram heroin aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs ifadəsi zamanı külli miqdarda narkotik vasitəni Lənkəran rayonunda tanış olduğu İran vətəndaşından 4 min manata aldığını bildirib.

Faktla bağlı 10-cu polis bölməsində toplanan materiallar araşdırılması üçün rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Əməliyyat-axtarış tədbirləri və araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.