CƏMİYYƏT
Paytaxt sakinindən səkkiz kiloqrama yaxın marixuana götürülüb
Bakı, 29 iyun, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışına və dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nizami Rayon Polis İdarəsinin 23-cü bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Zaur Allahverdiyevdən 1,255 qram marixuana götürülüb. Ona narkotik vasitəni satan paytaxt sakini Manaf Ələkbərov da müəyyən edilərək tutulub. M.Ələkbərovdan 7 kiloqram 515 qram marixuana götürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]