İQTİSADİYYAT


Paytaxt yollarında nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir VİDEO

A+ A

Bakı, 16 dekabr, Elvin Camalov, AZƏRTAC

Hazırda paytaxt yollarında nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir. Yolların hərəkət hissəsi qar və buzdan təmizləndiyindən nəqliyyat vasitələrinin, o cümlədən də sərnişin avtobuslarının hərəkətində hər hansı bir çətinlik yoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

M.Ağayev bildirib ki, dünən axşam saatlarında paytaxtda müşahidə edilən hava şəraiti nəzərə alınaraq şəhərdaxili əsas magistral avtomobil yollarında (Heydər Əliyev prospekti-Hava limanı və Zığ-Hava Limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə) nəqliyyat vasitələri üçün müəyyən edilən sürət həddi səhər saatlarında saatda 20 kilometr, axşam isə saatda daha 10 kilometr endirilib. Hazırda paytaxt yollarında vəziyyət normal olduğundan sürət həddi saatda 10 kilometr qaldırılaraq standartdan saatda 20 kilometr aşağı səviyyədə saxlanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.