İQTİSADİYYAT


Paytaxtda bu gündən daha 6 marşrut xəttində ödəmə kartla həyata keçirilir

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

Sentyabrın 1-dən etibarən paytaxtda daha 6 marşrut xətti üzrə (18, 61, 65, 79, 85, 96) hərəkət edən avtobuslarda ödəmə kart vasitəsilə həyata keçirilir.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu tədbirlər Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcı şirkətlər qarşısında vahid kart sisteminə keçidin tətbiqinə dair qoyulan tələbə uyğun olaraq görülür.

İlk mərhələdə 6 marşrut xətti üzrə 117 avtobusda validatorların quraşdırılması təmin edilib. Ümumilikdə isə yaxın zamanlarda daha 400 avtobus üçün validatorların quraşdırılması nəzərdə tutulub.

Xatırladaq ki, vahid kart sisteminin tətbiq edildiyi 15 marşrut xəttində və Bakı Metropolitenində gediş haqqının ödənilməsi "BakıKart" sistemi ilə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.