İQTİSADİYYAT
Paytaxtda daha bir yol təmir olunur
Bakı, 2 mart, AZƏRTAC
Paytaxtda daha bir yol təmir olunur. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev AZƏRTAC-a bildirib ki, Mikayıl Əliyev küçəsində yolun təmirinə başlanılıb. İlkin mərhələdə təmir işləri Milli Gimnastika Arenasının qarşısından Mehdi Abbasov küçəsi ilə kəsişmədə yerləşən dairə daxil olmaqla həyata keçiriləcək. Artıq həmin hissədə asfalt-beton örtüyünün döşənməsinə start verilib.
Qeyd edək ki, yol birinci Avropa Oyunlarına hazırlıq işləri ilə əlaqədar nəqliyyat-yol kompleksi üzrə nəzərdə tutulan tədbirlər çərçivəsində bağlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]