ELM VƏ TƏHSİL


Paytaxtda eksternat imtahanlarına başlanılıb

Bakı, 11 may, AZƏRTAC 

Mayın 11-də əvvəlki illərdə tam orta təhsilini başa vura bilməyən şəxslər üçün eksternat imtahanları keçirilib.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən AZƏRTAC-a bildiriblər ki, paytaxtdakı 45 nömrəli tam orta məktəbdə keçirilən eksternat imtahanında 412 nəfər iştirak edib.

Eksternlər hərəsində on sual olmaqla beş fənn (ana dili, ədəbiyyat, kimya, fizika, coğrafiya) üzrə imtahan veriblər.

Eksternat imtahanları mayın 12-də və 13-də digər fənlər üzrə davam edəcək.

Məqbul qiymət almış şəxlərin siyahısı mayın 23-dək baku.edu.gov.az saytında yerləşdiriləcək. Eksternat imtahanlarından uğur qazanan şəxslərin tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirakı zəruridir. Eksternlər buraxılış imtahanları barədə DİM-in saytına ( www.dim.gov.az) daxil olaraq məlumat əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.