ELM VƏ TƏHSİL


Paytaxtda iki məktəb üçün yeni binalar tikilir

Bakı, 21 iyul, AZƏRTAC 

Yeni dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, hazırda 20 nömrəli məktəb-lisey və 306 nömrəli tam orta məktəb üçün yeni binalar inşa olunur, 10, 74, 171, 201, 212 nömrəli tam orta məktəblər, 62 nömrəli məktəb-lisey və 268 nömrəli xüsusi təhsil müəssisəsi isə əsaslı təmir edilir. Daha 9 məktəbdə cari təmir işləri görülür.

Paytaxt məktəblərində aparılan bütün tikinti və təmir işlərinin 2017-2018-ci tədris ili başlayanadək yekunlaşdırılması nəzərdə tutulur.

BŞTİ-nin tabeliyində 307 tam orta, 3 ümumi orta və 7 axşam məktəbi, 3 xüsusi təhsil müəssisəsi, 46 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.