ELM VƏ TƏHSİL
Paytaxtdakı 299 nömrəli məktəb-liseydə 64 şagird məzun olub
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Bakıdakı 299 nömrəli məktəb-liseydə “Son zəng” tədbiri keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, məktəbin direktoru Solmaz Kazımova məzunlara gələcək həyatlarında uğurlar arzulayıb, şagirdlərin yerli və beynəlxalq olimpiadalarda qazandıqları uğurlardan danışıb. Qeyd edilib ki, təhsil müəssisəsində 2042 şagird təhsil alır və bu il onlardan 64 nəfəri məktəbi bitirir.
BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva məzunları təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.
Digər çıxış edənlər məzunlara bundan sonrakı müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıb, onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.
Tədris ilində müxtəlif müsabiqələrdə qalib olan şagirdlərə fəxri fərman və diplomlar verilib.
Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.