CƏMİYYƏT


Paytaxtın Yasamal rayonunda restoranda yanğın olub

Bakı, 11 iyul, AZƏRTAC

Paytaxtın Yasamal rayonunda restoranda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 kvadratmetr olan restoranın mətbəxində 1 ədəd kartofbişirən aparat, 3 paqonmetr elektrik kabeli və tüstü bacasında 4 paqonmetr yağ qalıqları yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.