İQTİSADİYYAT
Paytaxtın Yusif Səfərov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır
Bakı, 17 mart, AZƏRTAC
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti istiqamətinə olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır. Məhdudlaşdırma mart ayının 18-dən 19-na keçən gecədən etibarən bir neçə günlük tətbiq edilməyə başlanılacaq.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, bununla bağlı sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Alternativ olaraq sürücülər Nobel prospekti-Nəcəfqulu Rəfiyev küçəsi-Babək prospekti-Heydər Əliyev prospekti, həmçinin Xocalı prospekti-Fəzail Bayramov küçəsi-Babək prospekti-Heydər Əliyev prospekti istiqamətlərindən istifadə edə bilərlər.