ELM VƏ TƏHSİL
Pedaqogika sahəsində yeni dərs vəsaiti nəşr olunub
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzinin əməkdaşı, pedaqoji elmlər doktoru, professor Firədun İbrahimovun “Ümumi pedaqogika (Nəzəriyyə, pedaqoji görüşlər, sivilizasiya çağırışlarına istiqamətlənmə)” dərs vəsaiti nəşr olunub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, nəşrin elmi redaktoru professor Rüfət Hüseynzadə, rəyçiləri professor Akif Abbasov, pedaqogika üzrə fəlsəfə doktorları Ramiz Məmmədzadə və Kamil Adışirinovdur.
Dərs vəsaitində yeni pedaqoji texnologiyalar, innovasiyalar, fəal və interaktiv təlim metodları, pedaqoji proseslərə yanaşma yeni pedaqoji təfəkkürü ümumiləşdirmiş şəkildə şərh etdirir. Nəşrdə, həmçinin pedaqogikanın nəzəri və praktik məsələləri, pedaqoji fikrin inkişafına dair materiallar təqdim olunur.
Dərslik ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr, magistr və doktorantlar, ümumtəhsil məktəblərinin müəllimləri, pedaqogika ilə maraqlananlar üçün nəzərdə tutulur.