CƏMİYYƏT


Pedaqoji Universitetdə Xalq Şairi Qabilin 90 illik yubileyi qeyd olunub

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xalq Şair Qabilin 90 illik yubileyi qeyd olunub.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, professor Cəfər Cəfərov görkəmli şairin həyat və yaradıcılığı barədə məlumat verib.

Bildirilib ki, Qabil Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) dil və ədəbiyyat fakültəsində, Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında oxuyub. Onlarla şeir kitabının, poemanın, o cümlədən “Nəsimi” fəlsəfi-psixoloji, epik-dramatik poemanın müəllifidir. Uzun illər Azərbaycan Yazıçılar Birliyində Ağsaqqallar Şurasının sədri olub. Qabilin şeirləri ilə yanaşı, poemaları da oxucular tərəfindən yüksək dəyərləndirilir. Elə buna görə də əsərləri həmişə oxunur, mötəbər tədbirlərdə qiraət ustaları tərəfindən səsləndirilir. Onun yaradıcılığı ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Xalq Şairi bir sıra orden və medallara layiq görülüb.

Tədbirdə professor Buludxan Xəlilovun “Qabilin ədəbi portreti” mövzusunda məruzəsi dinlənilib.

Sonra professorlar Himalay Qasımov, Zahid Xəlil, tanınmış şair, Əməkdar Müəllim Oqtay Rza görkəmli şairlə bağlı xatirələrini bölüşüblər.

Məruzə və çıxışlarda Qabilin yaradıcılığı hərtərəfli təhlil edilib, onun səmimi, qayğıkeş, müdrik, xeyirxah insan, vətənpərvər şair, əsl ziyalı olduğu vurğulanıb.

Şairin oğlu tanınmış yazıçı-publisist Mahir Qabiloğlu tədbirin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və atası ilə bağlı xatirələrini bölüşüb.

Tədbirdə Qabilin şeirlərindən nümunələr səsləndirilib, ədəbi-bədii kompozisiya təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.