MƏDƏNİYYƏT


Pedaqoji kadrların işə qəbulu üzrə komissiya III müsabiqəni elan edir

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin sistemindəki uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsini, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsini, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsini təmin etmək məqsədilə 2015-2016-cı tədris ilindən etibarən sözügedən məktəblərə pedaqoji kadrların işə qəbulu vakant yerlər əsasında müsabiqə yolu ilə aparılır.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar olaraq müvafiq komissiya 2016-2017-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu üzrə növbəti - III müsabiqəni elan edir.

Müsabiqənin aparılması qaydaları, məktəblərin vakant yerləri və ünvanları haqqında məlumat, elektron ərizənin forması nazirliyin rəsmi internet saytının (www.mct.gov.az) elanlar bölməsində yerləşdirilib: http://mct.gov.az/announce-details?id=89

Əlavə məlumat almaq üçün müsabiqə komissiyasının katibliyinə müraciət etmək olar: Tel.: (+994) 12 436 80 96; (+994) 12 436 74 18.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.