Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Pediatr Ələkbər Həsənov: Ana südündən uşağa heç bir xəstəlik keçmir

Pediatr Ələkbər Həsənov: Ana südündən uşağa heç bir xəstəlik keçmir

Bakı, 20 sentyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatrı, tibb elmləri doktoru Ələkbər Həsənov bu gün uşaqlar arasında yayılmış xəstəliklər və onların daha effektiv üsullarla müalicəsi, eləcə də ana südünün bu xəstəliklərin qarşısının alınmasındakı möcüzəvi təsirlərindən danışıb.

AZƏRTAC ATU-nun mətbuat xidmətinə istinadla onunla söhbəti təqdim edir:

-Uşaqların düzgün qidalanmaması və xüsusən də raxitin profilaktikasının düzgün aparılmaması nəticəsində əmələ gələn patoloji hallar uşaqlarda xəstəliklərin əmələ gəlməsinə şərait yaradan əsas faktorlardan hesab olunur. Ana südündən uşaqların kəsilməsi və süni qidalandırılması bəşəriyyətdə valideynlərin uşaqlarına qarşı etdikləri ən böyük “cinayət”dir. Belə ki, hazırda hazırlanan süni qidaların əksəriyyəti genetik modifikasiya olunmuş heyvanlardan hazırlanır. O heyvanlar ki, bir sutka ərzində 80-100 litrə qədər süd verir. O inəklər hətta bir-iki ildən sonra ağır süd vəzilərini daşıya bilmir, bəzi infeksiyalara tutulur və müəyyən müddətdən sonra onların ətləri də istifadəyə yararsız hesab olunur. Valideynlər də bu cür inəklərin südünü öz uşaqlarına rəva bilirlər.

-Bunların uşaqlar üçün nə kimi əlavə təsiri var?

-Birincisi, bu kimi genetik modifikasya olunmuş süd məhsullarının uşaqların əqli inkişafının formalaşmasında çox ciddi təsirləri var. Belə uşaqlarda oyanıqlıq, itaətsizlik, hiperaktivlik halları müşahidə olunur. Onların daxili orqanları, xüsusilə dalağı və qaraciyəri ana südü ilə qidalanan uşaqlarla müqayisədə böyük olur. Çox vaxt müayinələr zamanı biz valideynlərə uşaqlarının dalağının və qaraciyərinin böyük olmasını bildirəndə təşvişə düşürlər. Onlar uşaqlarını bütün müayinələrdən keçirirərək buna çarə axtarırlar, amma bunun əsl səbəbi vaxtında uşaqların düzgün qidalanmamasıdır.

Bəzi hallarda həkimlərimiz ana südünü müayinə etməyə göndərirlər. Bu, kökündən yalnış fikirdir. Ana südü müayinə olunmur, çünki ananın döş vəzisində elə bir “filtir” var ki, o heç bir virusu buraxmır. Hətta sarılıqlı, QİÇS-li anaların uşaqlarını südlə qidalandırması məsləhət görülür. Ana südündən heç bir xəstəlik, virus uşağa keçmir. Ona görə də ana südünü müayinə olunmasının heç bir tibbi əsası yoxdur. Əksinə ana südündə anticisimlər müəyyən olunur ki, bu da hansısa mikroba qarşı davamlılığın olması deməkdir. Sadəcə indiki dövrdə bəzi analar Dünya Səhiyyə Təşkilatının (DST) “Ana südü ilə qidalanma” proqramı ilə yaxından tanış olsalar, onlar körpələrini öz südlərindən məhrum etməzlər. Buna çox səthi yanaşıldığına görə, ana südünün nə qədər möcüzəvi bir əhəmiyyətə malik olduğunu bilmirlər. Bəzi analar özləri yaxşı qidalanmadığı halda südlərinin az olduğunu deyirlər. Amma bu, doğru fikir deyil. Belə ki, qadın hələ hamilə olarkən, 6 ayından başlayaraq uşağın qidası onun dərialtı toxumasında toplanır. Ona görə də qadınların hamilə olduğu dövrdə 10-15 kilo çəkiləri artır. Bu da onların dərisinin altında toplanmış, bəzilərinin dediyi kimi yağ deyil, uşağın qidalanması üçün lazım olan maddələrdir. Dini kitablarda deyildiyi kimi, uşağın ruzisini Allah özündən əvvəl, məhz ananın dərialtı toxumasına göndərir. Ona görə də ana südünü vermədikdə onun dərisi altına toplanmış qida maddələrinin üzərinə duz və su çökərək sülulitə çevrilir. Bu zaman həmin ana artıq çəkidən azad ola bilmir. Bundan əlavə, ana südü ilə qidalanan uşaqların ilin bütün fəsllərində suya ehtiyacı olmur. Çünki ana südünün konsentrasiyası temperatura uyğun olaraq qışda qatı, yayda isə duru olur. Ana südündə olan immunoqlobinləri heç nə ilə əvəz etmək mümkün deyil. Beləliklə, ana südü ilə qidalanmanın nəticəsi sağlam uşaq və ana deməkdir.

-Bəzən analar südlərinin olmamasından şikayət edirlər. Bu haqda nə deyə bilərsiniz?

-Ana südünün olmaması kimi bir termin yoxdur. Ana südünün verilə bilməməsi var. Birincisi, əgər mənə belə ana rast gələrsə, ondan ilk soruşduğum sual bu olur: “Sən doğrudanmı südünü vermək istəyirsən?” Əgər doğrudan da, ana südünü vermək istəyirsə, o analarda problem olmur. Sadəcə onlar uşaqları düzgün şəkildə tuta bilmirlər, bu zaman uşaq ananın döşündən asılı vəziyyətdə qalır. Nəticədə körpə yorularaq anasının döşünü əmməkdən imtina edir. Ana da elə bilir ki, uşaq yemir. Bir də bəzi analar var ki, körpələrinə südü saatla verirlər. Bu, qətiyyən yol verilməz bir haldır. Ana südünü verdikdən yarım saat sonrakı müddətdə yenidən onun döşündə süd əmələ gəlir. Əgər ana tənbəllik edib südünü verməzsə, nəticədə südün əmələgəlmə prosesi dayanır.

-Uşaqların hiperaktivliyini, məhz ana südünün verilməməsi ilə əlaqələndirdiniz.

-Bəli. Çünki ana südü ilə qidalanan uşaqlarda məhəbbət hissləri daha güclü olur. Süni qidaların tərkibində olan konservativ maddələrin özləri həm qaraciyəri, həm dalağı, eyni zamanda, uşağın mərkəzi sinir sistemini zədələyir, nəticədə oyanıqlığın artması halları baş verir. Bu da hiperaktivliyin səbəblərindən biridir. İstər telefonların, istərsə də planşetlərin uşaqların əlindən düşmədiyini hər birimiz yaxşı bilirik. Amma valideyn bunu bilmir ki, bunlar hələ tam yetişməmiş uşağın orqanizmində iki hormonu məhv edir. Onlardan birincisi seratonin maddəsidir ki, bu uşaqların əhval-ruhiyyəsini yaxşı saxlayır. Televizor, kompyuerə meyilli olan uşaqlarda seratoninin miqdarı azalır. İkincisi isə onlarda “endolfin” deyilən hormonun azalmasıdır. Bu hormon ağrıkəsici funksiyanı yerinə yetirir. Bu hormonun azalması uşaqlarda baş ağrıları və özünəqapanma halları ilə müşayiət olunur. Belə hallar isə məktəbəqədər, eləcə də məktəbyaşlı uşaqlarda daha çox rast gəlinir. Belə uşaqlar çox aqressiv olurlar.

Mən bunu bütün valideynlərə deyirəm: əgər onların uşaqları gün ərzində 1 saatdan çox elektron vasitələrdən istifadə edirsə, o uşaqların nəinki özlərini, onların valideynlərini də “məhv etmək” səviyyəsinə qədər gətirib çıxarır. Ona görə onların yaşına uyğun olaraq proqram qurulmalıdır. Valideynlərə bir daha səslənirəm ki, uşaqlarınızı işiniz xatirinə oyunlarla baş-başa buraxaraq onların gələcəyinə böyük zərbə vurmuş olursunuz.

Ana südünün verilməsinin ananın sosial vəziyyəti ilə əlaqələndirilməsinə gəlincə isə demək istərdim ki, bu, qətiyyən doğru deyil. Mən praktikamda da görmüşəm ki, bəzi analar südlərinin olmamasını stress, gərginlik faktorları ilə əlaqələndirirlər. Bunu nəinki mən, heç dünya praktikası da qəbul etmir. Elə çətin şəraitdə yaşayan analar var ki, onlar körpələrini ana südündən məhrum etmirlər. Süd ananın dərialtı toxumasında əmələ gəlir, bunun ananın qidalanması ilə heç bir bağlılığı yoxdur.

-Bu gün uşaqların iştahsızlığı da valideynləri marahat edən məsələlərdəndir.

-Belə hallar məktəbyaşlı uşaqlarda daha çox özünü göstərir. Bu da əsasən uşaqlarda yaranmış stress, gərginlik halları ilə bağlıdır. Uşaqların bu vəziyyətdə olmasının əsas səbəblərindən biri də valideynlərin onlarla düzgün münasibət qurmamasıdır. Uşaqlara qışqıraraq nəyisə başa salmaq, onları tərbiyə etmək qətiyyən mümkün deyil. Uşaqların yaxşı qidalanmamasının səbəblərindən biri də onlarda qan azlığının olmasıdır. Belə ki, qan azlığı olan uşaqlarda dad reseptorları yaxşı inkişaf etmir və uşaqlar yeməyin dadını hiss etmirlər. Əksinə belə uşaqlar kolbasa, sosiska, qazlı içkilər və s. yeməklərə daha meyilli olurlar.

-Məktəbyaşlı uşaqların daha çox stress hallarına düşdüyünü vurğuladınız. Bəs analar bu zaman nələrə diqqət etməlidir?

-Bu kimi hallar tibbi problemlər sayılmır. Bunlar psixoloji və pedaqoji problemlərdir. Biz analara stressi əmələ gətirən, yaradan faktorları araşdırıb uşaqları ilə düzgün münasibət qurmalarını məsləhət edirik. İndiki uşaqlarda informasiyalar daha çoxdur. Uşağın verdiyi hər suala cavab vermək və onu düzgün şəkildə başa salmaq lazımdır.

-Müasir dövrün bəlalı xəstəliyi hesab edilən xərçəng uşaqlar arasında da yayılmağa başlayıb. Bu xəstəliyin “cavanlaşmasının” səbəbi nədir?

-Bu gün uşaqların yaşlarına uyğun gəlməyən, yəni tərkibində konservativ və kanserogen maddələr olan qidaları qəbul etməsi bir çox xəstəliklərin, eləcə də xərçəng xəstəliyini yaradan başlıca səbəblərdən biridir. Kanserogen maddələr xərçəngi əmələ gətirən maddələrdir. Konservantlar isə həmin qida maddələrinin uzun müddət saxlanılmasını təmin edən maddələr olduğuna görə onların xüsusi dadları uşaqları daha çox cəlb edir. Amma bəzən konservativ maddələrin özlərinin də kanserogen xüsusiyyətləri olur, yəni xərçəng xəstəliyini yaradan səbəbləri olur. Bu dünyanın hər yerində belə qəbul olunur. Eyni zamanda, havanın çirklənməsi, uşaqların elektron vasitələrə daha çox meyilli olması bu kimi xəstəlikləri yaradan başlıca faktorlardan biridir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”