CƏMİYYƏT


Pediatr-Endokrinoloqlar Cəmiyyətinin növbəti yığıncağı keçirilib

Bakı, 6 iyun, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Pediatr-Endokrinoloqlar Cəmiyyətinin növbəti yığıncağı keçirilib. Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yığıncaqda cinsiyyətin formalaşması, uşaqlarda gender identikliyi və psixoseksual inkişafın problemləri və mövzuya uyğun olan klinik hallar müzakirə edilib.

Yığıncaqda çıxış edən Beynəlxalq Tibb Təlimi Kursunun təlimçisi Faiq Məmmədov cinsiyyətin formalaşmasının embrioloji, fizioloji və patoloji əsasları barədə danışıb.

O, cinsiyyətin ana bətnindən başlayaraq keçdiyi mərhələləri, kişi və qadın cinsiyyətinin embrional inkişafının formalaşma xüsusiyyətləri və məruz qaldığı hormonal dəyişikliklər barədə ətraflı məlumat verib.

Bakı Dövlət Universitetinin əməkdaşı, psixoloq Günel Aslanova “Uşaqlarda gender identikliyi pozuntusu və psixoseksual inkişafda problemlər” mövzusundakı çıxışında müxtəlif yaş dövrlərində oğlan və qız orqanizmində baş verən psixoloji dəyişiklikləri, uşaqların ona münasibəti barədə danışıb və çoxsaylı suallara cavab verib.

6 nömrəli uşaq klinik xəstəxanasının pediatr-endokrinoloqu Nabat Ağayeva “İkili cinsiyyətə aid klinik situasiyanın müzakirəsi” mövzusunda klinik halı müzakirəyə verib və bununla da cəmiyyət növbəti yığıncağını başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.