CƏMİYYƏT
Pediatriya İnstitutunda müasir laborator metodlara dair təqdimat olub
Bakı, 28 iyul, AZƏRTAC
Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Respublika Diaqnostika Mərkəzi “Pediatriyada müasir laborator-diaqnostik metodlar” mövzusunda təqdimat keçirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə müasir laboratoriya, müasir mikrobiologiyanın vəzifələri, avtomatlaşdırılmış bakterioloji laboratoriya və hemokultur müayinəsi, hepatit viruslarının laborator diaqnostikası barədə pediatrlara ətraflı məlumat verilib.
İnstitutun əməkdaşları ilə birgə müasir laborator metodlarla bağlı aparılan müzakirələr böyük marağa səbəb olub.