CƏMİYYƏT


Pediatrlar üçün mühazirə kursları

Bakı, 30 may, AZƏRTAC

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda pediatriya ixtisası üzrə həkim-rezidentlər və həkim-pediatrlar üçün mühazirələr təşkil edilir. Ayda bir dəfə oxunan mühazirələr pediatriyanın müxtəlif mövzularına həsr olunur.

AZƏRTAC xəbər verir ki, “Ölkədə pediatriya üzrə yardımın təşkili. Sahəvi normativ-hüquqi sənədlər, klinik protokollar” mövzusunda növbəti mühazirə iyunun 6-da keçiriləcək. Mühazirəçi Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyevdir.

İnstitutda həm də rezident prezentasiyaları təşkil edilir. Növbəti prezentasiya iyunun 8-də “Anadangəlmə ürək qüsurları” mövzusunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.