SİYASƏT


Pedro Filipe Soares: Portuqaliya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını dəstəkləyir

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin parlamentinin xarici əlaqələr və portuqal icmaları komitəsinin vitse-prezidenti Pedro Filipe Soares ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında dostluğun və əməkdaşlığın inkişaf etdirilməsində parlamentlərarası əlaqələrin və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkilinin əhəmiyyəti qeyd olunub.

Azərbaycanın Avropa İttifaqına üzv ölkələrlə və Aİ ilə əlaqələrindən danışan Elmar Məmmədyarov Avropa İttifaqı Şurasının verdiyi mandat əsasında Azərbaycan ilə Aİ arasında strateji tərəfdaşlığa dair saziş layihəsi üzrə tezliklə danışıqlara başlanılmasının müsbət addım olduğunu diqqətə çatdırıb.

O əlavə edib ki, bu saziş nəticə etibarilə Azərbaycan və Aİ arasında əlaqələrin hərtərəfli inkişafına əsaslı hüquqi çərçivə yaradacaq.

Görüşdə Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların son vəziyyəti barədə həmsöhbətinə məlumat verib, Ermənistanın desktruktiv və təxribatçı addımlarla danışıqları pozmaq siyasəti yürütdüyünü vurğulayıb.

Pedro Filipe Soares bu səfərin iki ölkə arasında siyasi dialoqun güclənməsinə və əməkdaşlıq əlaqələrinin genişlənməsinə mühüm töhfə verdiyini deyib. O, Portuqaliyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını dəstəklədiyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.