DÜNYA


“Pegasus” Türkiyədən xaricə uçmaq istəyən sərnişinlər üçün yeni kampaniyaya başlayıb

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

"Pegasus" Hava Yolları Türkiyədən xaricə uçmaq istəyən sərnişinlər üçün yeni kampaniyaya başlayıb.

AZƏRTAC “airporthaber.com” saytına istinadla xəbər verir ki, kampaniyanın şərtlərinə görə, aviabiletini avqustun 8-dən 22-dək alıb uçuşlarını bu il sentyabrın 20-dən 2017-ci il martın 25-i aralığında həyata keçirəcək sərnişinlər həmin bilet üzrə “Pegasus”un daxili reyslərindən istifadə edəcəkləri təqdirdə ödəniş etməyəcəklər. Xaricə istiqamətlənən aviabiletin qiyməti minimum 39,99 dollardan başlayır. Kampaniya xarici ölkələrdən Türkiyəyə ediləcək uçuşlar üçün də keçərlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.