DÜNYA


Pekin aeroportunda 212 reys təxirə salınıb

A+ A

Pekin, 20 iyul, AZƏRTAC

Çinin şimal hissələrində iki gündür davam edən şiddətli yağışlar hava nəqliyyatında problemlər yaradıb. İyulun 20-də Pekin Paytaxt beynəlxalq hava limanında yerinə yetirilməli olan 212 daxili və xarici reys təxirə salınıb. Bundan başqa, xeyli təyyarənin gəlişi və uçuşu böyük gecikmələrlə yerinə yetirilib.

“Azərbaycan Hava Yolları” QSC-nin Pekin nümayəndəliyindən bildiriblər ki, pis hava şəraitinə baxmayaraq iyulun 19-da Bakıdan qalxan təyyarə (J2067) iyulun 20-də səhər tezdən qrafik üzrə Pekinə çatıb. AZAL-ın təyyarəsi geriyə istiqamətdə (J2068) 30 dəqiqə gecikmə ilə Pekin beynəlxalq hava limanından uçuşa başlayıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.