DÜNYA


Pekin aeroportunda aramsız yağışa görə 470 aviareys ləğv edilib

Bakı, 23 iyun, AZƏRTAC

İki gündür davam edən aramsız yağan leysan səbəbindən Pekinin ”Şoudu” beynəlxalq aeroportunda azı 470 aviareys ləğv olunub.

AZƏRTAC xəbər verir ki, bu məlumat aeroportun Weibo sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib. “Tufanlı və yağışlı hava şəraiti ilə bağlı aviareyslərin bir hissəsi ləngiyib və ya ləğv olunub. Bu gün 1649 reysə xidmət göstərmək planlaşdırılmışdı. Saat 20:00-a (Bakı vaxtı ilə 16:00) olan vəziyyətə görə, 870 reys yerinə yetirilib, 470 reys ləğv edilib”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, aeroport rayonunda yağıntı hazırda da davam edir. Amma yağış tədricən zəifləyir və aeroport ümumən normal rejimdə fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.