İQTİSADİYYAT
Pekin hava limanına geri qayıdan təyyarə hazırda Bakı istiqamətində hərəkət edir
Bakı, 20 iyun, AZƏRTAC
Pekin hava limanına geri qayıdan təyyarə hazırda Bakı istiqamətində hərəkət edir.
Pekindən Bakıya uçan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıtmışdı.
AZAL-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, havaya qalxdıqdan sonra “Boeing -767” təyyarəsinin komandiri geri qayıtmaq qərarı qəbul edib və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.
Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.
Təyyarə mühəndislər tərəfindən yoxlanıldıqdan və lazımi proseduralardan keçdikdən sonra hazırda Bakı istiqamətində hərəkət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]