İQTİSADİYYAT


Pekində “Bir kəmər - bir yol” beynəlxalq əməkdaşlıq forumu işə başlayıb

Pekin, 14 may, AZƏRTAC

Mayın 14-də Çin Xalq Respublikasının (ÇXR) paytaxtı Pekində “Bir kəmər- bir yol” strategiyası çərçivəsində yüksək səviyyəli beynəlxalq forum işə başlayıb.

Tədbirdə 29 ölkədən dövlət və hökumət başçıları, 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, sərmayədarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir.

Forumun açılış mərasimində çıxış edən ÇXR Sədri Si Cinpin "Bir kəmər - bir yol" strategiyasının ölkəsi və təşəbbüsün iştirakçısı olan ölkələr üçün əhəmiyyətindən danışıb. Bildirib ki, strategiyaya qoşulan ölkələr bu təşəbbüsdən faydalanacaq.

Forumda Azərbaycanı iqtisadiyyat naziri Şahin Mustafayevin başçılığı ilə geniş nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibinə Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, habelə bir neçə dövlət qurumunun məsul şəxsləri daxildir.

Azərbaycan nümayəndə heyətinin üzvləri forumun müxtəlif panel iclaslarında iştirak edərək, ikitərəfli görüşlər keçirəcəklər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.