Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Pensin Avropa turnesi: bir sıra geosiyasi məqamların işığında

Pensin Avropa turnesi: bir sıra geosiyasi məqamların işığında

ABŞ-ın vitse-prezidenti Mayk Pensin Estoniya, Gürcüstan və Monteneqroya səfəri ilə bağlı ekspertlər fikir yürüdür, geosiyasi xarakterli proqnozlar verirlər. Çünki M.Pens Tallinn, Tbilisi və Podqoritsada qlobal geosiyasətlə bağlı fikir bildirib. Onun əsas tezisi Amerikanın hər bir dostunun yanında olduğunu əsaslandırmaqdan ibarət olub. Amerika rəsmisinin sözlərinə görə, həmin istiqamətdə Vaşinqton lazım olan bütün addımları atmaqdadır. Əsas təhlükə mənbəyi isə Rusiyadır. Moskva Balkanlarda Avropanı parçalamaq istəyir, Baltik ölkələrini, Ukraynanı və Gürcüstanı təhdid edir. Son zamanlar isə onların sərhədlərinə yaxın yerlərə böyük hərbi qüvvə toplayır. Kreml bu ittihamları rədd edərək, ABŞ-ın Rusiyaya qarşı aqressiv siyasət yeritməyə başladığını vurğulayır. Belə görünür ki, dünyanın iki supergücü arasında mübarizə yeni gərginlik səviyyəsinə yüksəlir. Bunun fonunda regional və qlobal geosiyasətdə hansı tendensiyaların meydana gələ biləcəyi üzərində düşünmək maraqlı olardı.

Amerikanın sözü: reallığın fonunda

ABŞ-ın vitse-prezidenti Mayk Pens maraqlı səfər marşrutu seçib. O, Baltika, Cənubi Qafqaz və Balkanlarda müzakirələr aparıb. Bu marşrutun coğrafiyasına baxdıqda, aydın görünür ki, Vaşinqton Rusiya ilə bağlı təhlükəsizlik məsələlərini bir neçə ölkədə müzakirə edib. Daha konkret desək, Moskvanın yaratdığı təhlükələrdən müəyyən qrup dövlətlərin qorunması üçün addım atılır. Ekspertlər amerikalı rəsmi şəxsin səfərini məhz bu aspektdə şərh edirlər. Məsələyə bütövlükdə qlobal təhlükəsizlik və ABŞ-Rusiya-Avropa münasibətləri kontekstində nəzər saldıqda, geosiyasi əhəmiyyətli maraqlı qənaətlər əldə etmək mümkündür.

Mayk Pensin özü Avropa turnesinin əsas məqsədini Tbilisidə keçirdiyi mətbuat konfransında açıq ifadə edib. O deyib ki, başlıca məqsəd NATO-nu möhkəmləndirmək və Moskvanı ram etmək üçün keçmiş sovet respublikaları ilə əməkdaşlığa dəstək verməkdən ibarətdir (bax: "Московские агенты пытались убить премьера Черногории" / "gazeta.ru", 2 avqust 2017).

Sözlərinə davam edərək o, ifadə edib ki, Prezident Tramp Baltikyanı ölkələri, Gürcüstanı və Monteneqronu Rusiyanın onların sərhədləri yaxınlığına böyük hərbi güc topladığı bir zamanda yalnız buraxmayacaq (bax: əvvəlki mənbəyə). Adını çəkməsə də, təbii ki, bu siyahıya Ukrayna da daxildir. Burada sadəcə vitse-prezidentin demək istədiyi yeni bir geosiyasi mesaj vardır.

Məsələ belədir ki, Qərb Rusiyanı sərhədləri boyu sıxışdırmaq taktikasına əl atır. Bu xətt Baltikyanıdan başlayır, Ukrayna və Cənubi Qafqazdan keçməklə və Balkanları da əhatə etməklə, Mərkəzi Asiyaya qədər uzanır. Amerika əvvəllər də bu kursu gözləyirdi, ancaq indi o, aktiv fazaya keçib. Geosiyasi kontekstdə düşündürücü də elə məhz bu məqamdır.

Belə görünür ki, Qərb Rusiyanı birbaşa sərhədləri ətrafında qurmaqda olduğu geosiyasi-hərbi oyuna sürükləyir. Monteneqro burada səbəbdən çox, bəhanə rolunu oynayır. Çünki bu ölkə NATO üzvüdür. Mayk Pens Podqoritsada çıxış edən zaman bildirib ki, Kreml regionda sabitsizlik yaratmaq istəyirdi, Monteneqronun baş nazirinə sui-qəsd həyata keçirmək fikrində idi və bununla Balkanları Avropadan ayırmağı planlaşdırırdı. Bəs bu prosesə nə mane oldu?

Əlbəttə, Balkan ölkələrindən bəzilərinin NATO-ya daxil olması. Deməli, NATO dostlarını çətin günlərdə yalnız buraxmır ki, Gürcüstan, Estoniya və Ukrayna da bunu nəzərə alsın. M.Pensin Monteneqro hadisəsini təkrar yada salmasının arxasında duran məqsəd, bizcə, bundan ibarətdir. Onu da vurğulayaq ki, Monteneqro bu ilin iyun ayında Şimali Atlantika Alyansına üzv olub. Onda Ukrayna və Gürcüstan da eyni addımı atsa, təhlükəsizliklərini NATO təmin edə bilər. Bu məqamı ekspertlər obrazlı belə ifadə edirlər: "ABŞ həmişə yanındadır! ABŞ heç kəsi unutmur! ABŞ təhlükəsizliyin təminatçısıdır!" (bax: əvvəlki mənbəyə).

Maraqlıdır ki, bu cür mövqeyə dünyanı inandırmaq üçün Vaşinqton birbaşa Rusiya faktorundan istifadə edir. M.Pens Monteneqroda çıxışı zamanı Moskvanı Suriyada da yanlış fəaliyyətdə qınayıb. O, ümumiyyətlə, Kremlin müasir qlobal geosiyasətdə, təhlükəsizliyin təminində neqativ rol oynadığından bəhs edib. Rusiyanı M.Pens İran və terrorizmlə yanaşı, Amerikanın təhlükəsizliyi üçün də əsas təhdidlərdən biri adlandırıb.

Mübarizə yeni mərhələdə: geosiyasi sabitliyə təhlükələr

Rusiya tərəfinin bu ittihamlara cavabı maraqlıdır. Moskva hesab edir ki, Amerika Rusiyaya qarşı aqressiv siyasət yeritmək xəttinə əsas yer verməyə başlayıb. Eyni zamanda, Vaşinqton "Rusiya ilə yaxşı münasibətlərin də mümkünlüyünü" vurğulayır. Bu o deməkdir ki, ABŞ-ı Moskvanın müəyyən addımları qane etmir ki, onlar aradan qalxsa, fərqli vəziyyət yaranar.

Bütün bunlar təbii ki, bu və ya digər dərəcədə geosiyasi mənzərəyə təsir edir. O cümlədən ABŞ-ın Cənubi Qafqazda yeritdiyi siyasətin mümkün nəticələri barədə fikir yürütmək olar. Amerika açıq-aşkar Gürcüstanın təhlükəsizliyi üçün qayğılı olduğunu ifadə edir. Bu aspektdə NATO-nun bu kiçik Qafqaz ölkəsinə daha çox nüfuz etmək planı haqqında danışa bilərik. Amerika Konqresi yaydığı xüsusi informasiyada Ukrayna, Moldova və Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi zərurətini də vurğulayıb. Maraqlıdır, Ağ Ev niyə Azərbaycanın adını yuxarıda vurğulanan kontekstlərdə çəkmir?

Belə çıxır ki, sözdə demokratiya, reallıqda isə "ikili standartlar" siyasəti davam edir! Vaşinqton Azərbaycanın ərazi bütövlüyündən bəhs edirsə, onda Ermənistanla bağlı konkret mövqeyini də ifadə etməlidir. Bunu etmək istəmir, çünki ortada din faktoru var. İslamofobiya Qərb siyasi dairələrinin şüurunda getdikcə daha çox yer alır. Bunu Yaxın Şərqdə, Türkiyəyə, İrana, Pakistana münasibətdə aydın görürük. Təəssüf ki, bu proses hələ də davam edir.

O halda ABŞ-Rusiya-Avropa xəttində özünü göstərən bu gərginlik hansı geosiyasi nəticələr verə bilər? Hər şeydən əvvəl onu deyək ki, Amerika ilə Rusiya arasında münasibətlərin səngiməsini gözləmək əbəsdir. Tərəflər bir sıra yumşaldıcı bəyanatlar versələr də, reallıqda öz mövqelərini getdikcə daha sərt şəkildə müdafiə edirlər. Belə hesab etmək olar ki, dünya miqyasında liderlik uğrunda mübarizə yeni çalarlar alır. ABŞ NATO vasitəsilə Avropa və Qafqaz istiqamətindən Rusiyanı hərbi təzyiq altına almağa çalışır. Moskva isə buna qarşılıq Baltikyanı, Ukrayna və Cənubi Qafqaz istiqamətlərində hərbi gücünü artırmağa çalışır.

Bu iki tendensiyanın harada partlayış verəcəyini dəqiqi söyləmək çətindir. Lakin ekspertlərin rəyinə görə, Dağlıq Qarabağ münaqişəsi son dərəcə həssas mərhələyə keçib. Burada erməniləri istənilən tərəf – Rusiya, yaxud Amerika öz maraqları üçün təxribata çəkə bilərlər. Rəsmi İrəvan müstəqil mövqeyi olmayan bir qurum kimi, ağalarının əmrlərini dərhal yerinə yetirməyə çalışacaq. Təbii ki, buna Azərbaycan tutarlı cavab verməli olacaq. Havadarları tərəfindən istiqamətləndirilən Ermənistan bu üsulla regionda vəziyyəti sabitlikdən çıxara bilər.

Bunlar onu göstərir ki, Cənubi Qafqaz ABŞ-Rusiya geosiyasi qarşıdurmasının qaynar məkanlarından birinə çevrilə bilər. Aktiv diplomatik, geosiyasi, hərbi və siyasi fəallığın bizim regiona çox yaxınlaşdığını artıq həqiqət kimi qəbul etmək gərəkdir. NATO-nun Türkiyə kimi güclü üzvünə laqeyd münasibəti fonunda Amerikanın Gürcüstandan bəhs etməsi yuxarıda vurğulanan kontekstdə düşündürücü fikirlərə yol açır. Geniş aspektdə baxdıqda, NATO-nun müsəlman dövlətlərin böyük çoxluq təşkil etdiyi geosiyasi məkanda kiçik bir xristian ölkəsinə üstünlük verməsinin əsl səbəbləri haqqında bir daha fikirləşmək lazım gəlir. Ermənistan yalnız ona görə kölgədə qalır ki, o, tamamilə Rusiyanın çətiri altındadır.

Qeyd etdiyimiz sonuncu məqamın işığında ABŞ başda olmaqla NATO-nun obyektiv olaraq dünya təhlükəsizliyi üçün qayğılandığına inanmaq çətindir. Burada digər faktorlar mövcuddur ki, Qərb siyasi-hərbi dairələri ciddi-cəhdlə gizlədirlər və yalnız "demokratiya", "insan haqları", "qlobal təhlükəsizlik" və sair kimi gəlişigözəl sözlər, təmtəraqlı ibarələr işlədirlər. Ancaq dünya xalqlarının belə sözləri, ibarələri "həzm etmək" mərhələsini çoxdan keçdiklərini də anlamalıdırlar.

Deməli, yenə xüsusi maraqlara hesablanmış geosiyasi oyun, yenə təhlükəli addımlar və region xalqlarını qan-qadaya ata biləcək siyasi-hərbi planlar. Təəssüf ki, bu kimi tendensiyalara qarşı dura biləcək beynəlxalq təşkilatlar da müəmmalı şəkildə susur, dünyanın növbəti mərhələdə xaosa sürükləndiyini sadəcə müşahidə edirlər. Passiv müşahidəçiliyin sonu fəlakətdir. Bəşəriyyətin fəlakəti!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub VİDEO

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir VİDEO

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb