DÜNYA
Pentaqon Əfqanıstanda partlayış nəticəsində dörd amerikalının öldüyünü təsdiqləyib
Bakı, 12 noyabr, AZƏRTAC
ABŞ-ın müdafiə naziri Eşton Karter Amerika və NATO-nun Əfqanıstanın Baqram hərbi bazasında şənbə günü törədilən partlayış nəticəsində dörd amerikalının həlak olduğunu təsdiqləyib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Pentaqonun başçısının məlumatına əsasən, həlak olanların ikisi hərbçi, ikisi isə müqavilə ilə bazada işləyən əməkdaşdır. Partlayış nəticəsində NATO missiyasında iştirak edən bir polşalı və 16 amerikalı hərbçi yaralanıb.
Xatırladaq ki, terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [15:02]
Barselonada ekstremal quraqlıq hökm sürür
- 29.03.2024 [14:54]
ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib
- 29.03.2024 [14:37]
Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib
- 29.03.2024 [14:34]
Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər
- 29.03.2024 [13:24]
NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir
- 29.03.2024 [13:17]