İQTİSADİYYAT


Pərakəndə şəbəkədə satılmış ərzaq məhsullarının dəyəri 10 milyard 500 milyon manatdan çox olub

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

2016-cı ilin doqquz ayında pərakəndə şəbəkədə satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2015-ci ilin eyni dövrünün səviyyəsini real ifadədə 3,1 faiz üstələyərək 10 milyard 503,6 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ticarət dövriyyəsi 10 milyard 582,1 milyon manat təşkil edən qeyri-ərzaq məhsullarının satışı isə 2015-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox olub.

Hesabat dövründə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 121,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 122,2 manatlıq qeyri-ərzaq məhsulları alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.