İQTİSADİYYAT


Pərakəndə ticarət dövriyyəsi 7 ayda 16,2 milyard manat olub

A+ A

Bakı, 24 avqust, AZƏRTAC 

2016-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,0 faiz artaraq 16,2 milyard manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, istehlak məhsullarının 99,9 faizi qeyri-dövlət təsərrüfat subyektləri, o cümlədən 11,3 faizi hüquqi şəxs statuslu müəssisələr tərəfindən satılıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 240,3 manatlıq və ya 2015-ci ilin eyni göstəricisi ilə müqayisədə 30,2 manat çox əmtəə alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.