Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Peru Respublikasının Prezidenti Pedro Pablo Kuçinskidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə Peru Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Bu əlamətdar hadisə ilə əlaqədar Sizə Azərbaycan Respublikasının rifahı naminə ən xoş arzularımı yetirir, həmçinin dövlətlərimiz arasında ikitərəfli münasibətlərin davam etdirilməsi və möhkəmləndirilməsi üçün müxtəlif sahələrdə əməkdaşlıqda və Bakıda ölkəmizin səfirliyinin açılmasında Peru tərəfinin marağını Zati-alinizə çatdırmaq istəyirəm.

Bir daha səmimi təbriklərimi bildirir və bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə ən dərin hörmət və yüksək ehtiramımı ifadə edirəm.

Hörmətlə,

 

Pedro Pablo Kuçinski 

Peru Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin